Lionel Messinin PSJ ilə yeni müqavilə imzalamaq perspektivi hər keçən gün daha da azalır. Bu səbəbdən parislilər yeni mövsüm üçün yeni hücum xəttini formalaşdırmağın planlarını cızır.

Futbolinfo.az xəbər verir ki, Neymarı da yola salmağı düşünən Fransa klubu Rafael Leaonu transfer etməyə çalışır. “Milan” portuqaliyalı hücumçusunu yeni müqaviləyə razı sala bilmir. Bu səbəbdən İtaliya klubu sonradan onu azad egent kimi itirməmək üçün satmağa razıdır. Üstəlik, futbolçunun müqaviləsində sərbəstqalma bəndi də mövcuddur və PSJ 150 milyon avro ödəyəcəyi halda transferi reallaşdıra bilər.

Leaonun “Milan”la müqaviləsi gələn mövsümün sonunda bitəcək. PSJ-nin futbolçunu bu yay heyətinə qatması daha çox Messinin mümkün gedişinə bağlıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp