“Bayern”in idman direktoru Həsən Salihamidziç qəfil istefa qərarından danışıb. O, detalları açıqlamasa da, baş məşqçi Yulian Naqelsmannla vidanın gərəkli olduğunu bildirib.

Futbolinfo.az “SPORT1 Doppelpass”a istinadla xəbər verir ki, səbəb intizam məsələləri ilə bağlıdır: “Bir sıra problemlərimiz var idi. Bə bu, intizamla bağlı idi. Naqelsmann çox yaxşı məşqçidir, amma onunla bəzi məsələlərdə bir çox problem yaşadıq”.

Xatırladaq ki, “Bayern” ötən həftə gözlənilmədən Naqelsmannı istefaya göndərdi və Tomas Tuhellə 2.5 illik müqavilə bağladı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp