“Sumqayıt”ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunmayıb. Klub hətta əvvəlki baş məşqçi Vüqar Quliyevin istefaya göndərildiyini də açıqlamağa tələsmir.

Futbolinfo.az xəbər verir ki, “Sumqayıt-2” 10 gündən çoxdur baş məşqçisiz qalıb. Köməkçiləri ilə yola getməyən, artıq bir neçə yardımçısı ilə vidalaşan Quliyev son olaraq Azər Mehdiyevlə dalaşdığı üçün postundan qovulub. Lakin klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov istefanın komandanın nəticələri ilə bağlı olduğunu deyir: “Komandamız autsayderdir. Quliyevlə vidalaşmağın səbəbi də məhz nəticələrdir. Bayram günləri olduğu üçün məşqçi ilə yolları ayırdığımızı rəsmən açıqlamamışıq. Onu hələlik Azər Mehdiyev əvəz edir. Yaxın günlərdə yeni təyinat barədə məlimat veriləcək”.

Əldə etdiyimiz bilgiyə görə, “Sumqayıt-2” Vaqif Cavadov və ya Rail Məlikovdan birinə tapşırılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp