“Çelsi”də NQolo Kante həsrəti bitir. Fransa yığmasının yarımmüdafiəçisi və klub nəhayət, yeni müqavilə ilə bağlı razılığa gəlib.

Futbolinfo.az xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti yayda başa çatacaq. O, İngiltərədə qalmaq istəmir, digər klublarla danışıq aparırdı. Xüsusilə “Barselona” onun transferini arzulayırdı.

Lakin yekunda “zadəganlar” Kanteni qalmağa razı sala bilib. Futbolçu ilə ikiillik yeni anlaşma barədə razılığa gəlinib. Bu həftə rəsmi açıqlama veriləcəyi gözlənilir. Müqavilədə onu daha bir il uzatmaq barədə bənd olacaq.

Xatırladaq ki, Kante uzun müddətdir zədəli idi. O, ötən həftə 8 aylıq fasilədən sonra “Çelsi” formasında ilk yoxlama oyununa çıxdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp