“Barselona” Dani Olmonu transfer etmək istəyir. İspaniya yığmasının üzvü tezliklə iş yerini dəyişə bilər.

Futbolinfo.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, “Barsa” rəsmiləri bir müddət öncə Qətərdə futbolçu ilə görüşüb. Baş məşqçi Xavi Ernandesin də qatıldığı görüşdə futbolçudan “Leypsiq”lə yeni müqavilə imzalamaması xahiş edilib. Klub onun transferinin daha rahat başa gəlməsi üçün belə istəklə çıxış edib.

2020-ci ilin yanvarında Zaqreb “Dinamo”sundan “Leypsiq”ə keçən cinah hücumçusu Bundesliqada özünü yaxşı tərəfdən göstərib. Buna görə də o, artıq İspaniya millisinin əsas heyət üzvüdür. Onun almanlarla müqaviləsi gələn mövsümün sonunda bitəcəyindən “Barselona”, transferi reallaşdırmaq üçün rəsmi təklif göndərməlidir.

“Leypsiq” Olmonun dəyərini bildiyindən mövcud müqavilənin müddətini uzatmaq istəyir. Amma “Barsa”dan təklif alan futbolçu sözləşmədən boyun qaçırır. İndi Almaniya klubu ya futbolçunu daha bir mövsüm saxlayaraq gələn yay azad agent kimi itirməli, ya da elə indi satmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp