“Mənim üçün sürpriz oldu. Açığı, gözləmirdim” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin futbolçusu Hamidu Keyta deyib.

Fransalı yarımmüdafiəçi ötən gün “Qarabağ”ın heyətində “Qaltasaray”a qarşı xeyriyyə matçında iştirakından danışıb. Keyta Türkiyə klubunun 2:1 hesabı ilə qalib gəldiyi matça dəvət almağın onun üçün hədiyyə olduğunu bildirib: “Oyun günü mənə məlumat verildi ki, ora dəvət almışam. Bu, böyük hədiyyədir. Çox gözəl oyun oldu. Stadionda əla atmosfer var idi. Meydança da yaxşı vəziyyətdə idi”.

O, qarşılaşmanın ilk hissəsini yaxşı keçirdiklərini sözlərinə əlavə edib: “Biz ilk hissədə yaxşı oynadıq. Sonda uduzduq, amma minumum 3 qol vura bilərdik. Qalib gəlmək üçün yaxşı şansımız var idi. 30 dəqiqə meydanda olsam da, matçın sürətini, intensivliyini gördüm. “Qarabağ”ın oyunçuları ilə birlikdə meydanda oynamaqdan zövq aldım. Fikrimcə, azarkeşlər də yaxşı oyun gördü”.

Xatırladaq ki, Keytanın adı ilkin siyahıda yox idi. “Qarabağ”ın məşqçiləri son anda hücum xəttində yaranacaq çətinliyə görə “Zirə”yə müraciət edib və futbolçunun xidmətindən yararlanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp