“İnter” Marselo Brozoviçi satmağa qərar verib. Maaş büdcəsini azaltmağa çalşan Milan klubu rəqabətin böyük olduğu yarımmüdafiə xəttindən məhz xorvat futbolçunu yolacaq.

Futbolinfo.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, futbolçuya özünə klub axtraması tövsiyə edilib. Ona istənilən klubla danışıq aparmağa icazə verilib və gələn təkliflərə baxılacaq.

Brozoviçin ilk müştərisi “Barselona”dır. Qışda Marselonu almağa çalışan ispan klubu istəyinə çatmadığından yayda növbəti cəhdini edəcək. Artıq “İnter” də transferə razıdır və müsbət nəticə maliyyə şərtlərindən asılı olacaq.

2016-cı ildə Zaqreb “Dinamo”sundan gələn Brozovçin “İnter”lə daha 3 illik müqaviləsi var. 30 yaşlı oyunçu ilə anlaşma ötən il yenilənib. Lakin görünür, milanlılar vaxtilə 5 milyon avroya aldıqları futbolçunu satmaqla daha gənc heyət qurmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp