Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində bu gün İsveçin qonağı olacaq.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, saat 22:45-də başlayacaq oyun üçün komandaların ilkin heyətləri məlum olub.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyevin (hər ikisi “Sabah”) adını iştirak ərizəsinə daxil etməyib. İlk oyunda forma geyinmiş futbolçulardan Eddi İsrafilov isə zədə səbəbindən millidən ayrılıb.

Əvəzində Avstriya ilə oyunun (1:4) heyətində olmayan Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadə (“Zirə”) isə bu dəfə baş məşqçinin sərəncamında olacaq.

İsveç – Azərbaycan oyunu saat 22:45-də başlayacaq.

Qapıçılar: Səlahət Ağayev, Emil Balayev, Yusif İmanov;

Müdafiəçilər: Azər Əliyev, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Höccət Haqqverdi, Anton Krivotsyuk, Bəxtiyar Həsənalızadə, Azər Salahlı;

Yarımmüdafiəçilər: Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Emin Mahmudov, Aleksey İsayev, Ozan Can Kökçü;

Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı, Namiq Ələsgərov, Renat Dadaşov, Rüstəm Əhmədzadə.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp