Bu gedişlə Münhenqladbax “Borussiya”sı bu yay bütün aparıcı futbolçularını itirəcək. Bundesliqa təmsilçisinin bir neçə üzvü aparıcı klubların hədəfindədir və onlar üçün ciddi məbləğlər təklif edilir.

Futbolinfo.az xəbər verir ki, indi də Manu Kone dünya nəhənglərinin hədəfinə düşüb. “Mançester Yunayted”, “Çelsi” və PSJ eyni vaxtda yarımmüdafiəçinin “ovuna çıxıb”. “Borussiya” Koneni satmağın əleyhinə deyil. Lakin futbolçunu almaq istəyən 50 milyon avrosundan keçməlidir.

Almanların 2 il öncə “Tuluza”dan aldığı Fil Dişi Sahili əsilli fransalı 2025-ci ilin yayınadək münhenqladbaxlılara məxsusdur. 21 yaşlı futbolçu özü vətənə qayıtmaq istəyir, lakin ingilis klubları bu transferdə PSJ-dən daha fəal görünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp