“Milan” Serjinyo Desti heyətində saxlamaqda maraqlı deyil. “Barselona”dan icarəyə götürülən sağ cinah müdafiəçisi ümidi doğrultmayıb. Bu üzdən onun müqaviləsində nəzərdə tutulan satınalma bəndi aktivləşdirilməyəcək.

ABŞ yığmasının üzvü mövsüm bitən kimi İspaniyaya qayıdıb karyerasının qalan hissəsini planlayacaq. Dest “Barselona”nın daplanlarına daxil deyil. Baş məşqçi Xavi Ernandes klub rəhbərliyinə futbolçunun satılması üçün müraciət edib.

“Ayaks” yetirməsi olan futbolçu 2020-ci ildə 21 milyon avro qarşılığında transfer edilmişdi. İndi onun daha ucuz qiymətə Amsterdama qayıtması mümkündür. Niderland klubu bu keçidin əleyhinə deyil, lakin İspaniya nəhəngi ikiillik müqaviləsi qalan 22 yaşlı futbolçunun satışından müəyyən məbləğ qazanmaq istəyir. Bu üzdən yayda digər təkliflərə baxılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp