Deyəsən, “Qalatasaray”la xeyriyyə matçı “Qarabağ”ın daha bir ulduzunu itirməsi ilə nəticələnəcək. Belə ki, dünənki matçda özünü yaxşı tərəfdən göstərən Abdullah Zubir qardaş ölkədə diqqət mərkəzinə düşüb.

“Qalatasaray” azarkeşlərinin fransalı yarımmüdafiəçi haqda xoş sözləri, klub rəhbərliyindən onun transferini tələb etmələri bir yana, digər klublar da Zubiri bəyənib. Onlardan biri “Alanyaspor”dur. Superliqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal Abdullahı sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.

Dünənki xeyriyyə matçının bir faydası da bu kimi oyunlardır. “Qarabağ” illərdir avrokuboklarda uğurla çıxış etsə də, heç vaxt futbolçuları bu qədər diqqət mərkəzinə düşməyib. Elə Zubirin də indikindən daha parlaq oynadığı dönəmlər olub, lakin heç vaxt Türkiyə klublarının diqqət mərkəzinə düşməyib. Bu kimi qarşılaşmalar ölkə futbolunun təbliğatı baxımından da yerinə düşdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp