Yaxın günlərdə PSJ rəhbərliyinin Zinəddin Zidanla daha bir görüşü gözlənilir. Fransa klubunun rəhbərliyi yayda baş məşqçi Kristofer Qaltyeni istefaya göndərməkdə qərarlıdır. Və ona xələf olmağa bir nömrəli namizəd fransalıdır.

Paris təmsilçisi daha əvvəl bir neçə dəfə onların təklifini geri çevirən Zidanı razı salmağa çalışır. Klub hər cür fədakarlığa razıdır və məşqçinin tələblərini dinləmək istəyir. Zizu növbəti dəfə imtina etsə, o zaman digər namizədlərlə müzakirələr başlayacaq.

PSJ-nin digər hədəfi Joze Mourinyodur. “Roma”dan ayrılmağa qərar verən portuqaliyalı Fransaya köçməyin əleyhinə deyil. Lakin onunla bağlı məsələ mövsüm bitdikdən sonra aktuallaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp