“Bornmut” qapıçısı Neto ilə yeni müqavilə bağlayıb. O, 2026-cı ilin yayına kimi hazırkı klubunda qalacaq.

Ötən yay “Barselona”dan İngiltərə klubuna azad agent kimi gələn braziliyalı ilə müqavilənin müddəti ikiillik idi. Lakin o, bu mövsüm ümidləri doğrultduğundan müddət uzadılıb.

Avropa karyerasına 2011-ci ildə “Atletiko Paraenense”ni “Fiorentina”ya dəyişməklə başlayan 33 yaşlı qolkiper bu müddətdə “Yuventus” və “Valensiya”da da oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp