“Zirə”nin legionerləri Toni Qomeslə İssa Cibrilla Afrika Millətlər Kubokunda məğlubiyyətə üzülüblər.
Futbolinfo.az xəbər verir ki, Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya 0:1 hesabıyla uduzub.
İssanın komandası – Niger millisi də Əlcəzairə doğma meydanda eyni hesabla məğlub olub.
Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
A qrupunda yer alan Qvineya-Bisau 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb. Niger yığması isə F qrupunda 2 xalla 3-cüdür.