Milli komandamız tarixində 14-cü dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub. Dünən İsveç qarşısında darmadağın olan yığmamıın daha biabırçı yenilgiləri az deyil (Report).

Dünən Stokholmda baş tutan görüşdə Azərbaycan seçməsi 7-ci dəfə meydanı 5 top fərqli məğlubiyyətlə tərk edib. Milli dörd dəfə 0:6, bir dəfə 0:7, bir dəfə 0:8, bir dəfə isə 0:10 hesabına üzülüb.

Ümumiyyətlə, Azərbaycan millisi tarixində 288 oyun keçirib. Bu müddətdə 56 qələbəsi olan komanda 76 dəfə heç-heçə edib və 156 qarşılaşmada uduzub. 288 matçda 218 qol vuran futbolçular 479 top buraxıblar.

19 aprel 1994-cü il. Yoldaşlıq oyunu

Ta Qali. Malta – Azərbaycan – 5:0

6 sentyabr 1995-ci il. AÇ-1996-nın seçmə mərhələ oyunu

Oser. Fransa – Azərbaycan – 10:0

2 iyun 1996-cı il. DÇ-1998-in seçmə mərhələ oyunu

Oslo. Norveç – Azərbaycan – 5:0

11 oktyabr 1997-ci il DÇ-1998-in seçmə mərhələ oyunu

Sürix. İsveçrə – Azərbaycan – 5:0

26 mart 1999-cu il. AÇ-2000-nin seçmə mərhələ oyunu

Gimaraeş. Portuqaliya – Azərbaycan – 7:0

18 fevral 2004-cü il. Yoldaşlıq oyunu

Təl-Əviv. İsrail – Azərbaycan – 6:0

26 mart 2005-ci il. DÇ-2006-nın seçmə mərhələ oyunu

Varşava. Polşa – Azərbaycan – 8:0

15 avqust 2006-cı il. Yoldaşlıq oyunu

Kiyev. Ukrayna – Azərbaycan – 6:0

24 mart 2007-ci il. AÇ-2008-in seçmə mərhələ oyunu

Varşava. Polşa – Azərbaycan – 5:0

17 oktyabr 2007-ci il. AÇ-2008-in seçmə mərhələ oyunu

Bakı. Azərbaycan – Serbiya – 1:6

9 iyun 2009-cu il. Yoldaşlıq oyunu

Bakı. Azərbaycan – İspaniya – 0:6

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu

Köln. Almaniya – Azərbaycan – 6:1

13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu

Osiyek. Xorvatiya – Azərbaycan – 6:0

27 mart 2023-cü il. AÇ-2024-ün seçmə mərhələ oyunu

Stokholm. İsveç – Azərbaycan – 5:0

Shares: