Futbol üzrə İsveç yığmasının hücumçusu Yesper Karlsson AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 5:0 hesabı ilə qalib gəldikləri görüşün 82-ci dəqiqəsində meydana daxil olub.
Bundan cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib:
“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu. Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.