AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı səfər oyunu Fransa yığmasının hücumçusu Olivye Jiru üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçda yeni rekorda imza atıb.

Belə ki, təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçuya çevrilib. O, bunu 36 yaş 178-ci günündə bacarıb. Jiru əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Xatırladaq ki, Olivye Jiru yığmada 121 oyun keçirib və 53 qola imza atıb.

Shares: