PSJ iki futbolçunu heyətinə qaytarmaq istəmir. Hazırda icarədə olan Leandro Paredes və Yulian Draksler yeni mövsümdə Paris klubunda oynamayacaq.

Futbolinfo.az “Daily Mail”ə istinadla xəbər verir ki, hər iki futbolçu Fransa təmsilçisinə lazım olmadığından icarəyə göndərilib. Və indi onların dönüşü arzulanmır. Mövsüm bitən kimi onlar ya satılacaq, ya da yenidən icarəyə göndəriləcək.

2017-ci ilin yanvarında “Volfsburq”dan alınan Draksler hazırda “Benfika”dadır. 29 yaşlı alman cinah oyunçusu zədə üzündən əməliyyat olunub və portuqaliyalılara da kömək edə bilmir. Onun parislilərlə birillik müqaviləsi qalıb və Lissabondan qayıdan kimi taleyi barədə qərar veriləcək.

2019-cu ilin qışında “Zenit”dən alınan Paredesin taleyi də oxşardır. Hazırda “Yuventus”da oynayan 28 yaşlı argentinalının Turində qalmaq şansı var. PSJ yarımmüdafiəçisini satmağın əleyhinə deyil.

Shares: