“Kəpəz”in əcnəbi futbolçuları Georgi Kantariya, Mate Kvirkviya və Yeqor Xvalko maraqlı təşəbbüsə əl atıblar.

Futbolinfo.az xəbər verir ki, onlar öz hesablarına “Kəpəz” – “Səbail” matçına 54 bilet alaraq azarkeşlərə paylayıblar.

Gəncədəki “Novruz” yarmarkasında fəaliyyət göstərən “Fan Shop”dan bilet alan futbolçular elə şəhərin mərkəzində azarkeşləri biletlə təmin edərək oyuna gəlməyə, dəstək olmağa səsləyiblər. Onların bu təşəbbüsü maraqla qarşılanıb.

Xatırladaq ki, aprelin 1-də Gəncədə keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:30-da start veriləcək.

Shares: