Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı türk dövlətlərinin futbol komandaları arasında turnir keçirilə bilər.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Qalatasaray” klubunun prezidenti Dursun Özbek təklif irəli sürüb. Yarışın avqustun sonlarında gerçəkləşə biləcəyi vurğulanıb.

“Qarabağ” və “Qalatasaray” Bakıda xeyriyyə matçında qarşılaşıblar. Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdən əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Shares: