Niderland millisi Cəbəllütariqlə Avropa Çempionatının seçmə oyununda rekord qırıb. “Narıncılar” rəqib cərimə meydançasında topa toxunma və zərbə sayına görə unikal nəticə göstərib.
Niderlandlılar qapıya doğru 52 zərbə endirib və Cəbəllütariqin cərimə meydançasında topa 102 toxunuş edib. Bu, milli komandaların matçında ən yüksək göstəricidir.
Maraqlıdır ki, qarşılaşmada hücumun ən aktiv oyunçusu Natan Ake olub. Müdafiəçi dubl edib, qapıya 9 zərbə vurub və oyundaşlarını 7 dəfə zərbə mövqeyinə çıxarıb.
Xatırladaq ki, matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.