Tovuz şəhər stadionundakı çatışmazlıqlar aradan qaldırılır. “Turan Tovuz”un yeni sponsoru olan “Huner Group” arenada tablo quraşdırılması üçün işə başlayıb.

Artıq bu məsələ həllini tapıb – hazırda stadionda tablo quraşdırılır. Lakin onun işə düşməsi qarşıdakı turda mümkün olmaya bilər. Vaxtilə təmir işləri düzgün aparılmadığından elektrik xəttlərinin çəkilməsi vaxt aparacaq.

“Sumqayıt”la matçda azarkeşlər stadionda tablonu görə biləcək. Lakin onun işə düşməsi üçün kubok matçını gözləmək lazım gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp