İmişli Mərkəzi Stadionunun ot örtüyü yavaş-yavaş əvvəlki vəziyyətinə gətirilir. “İmişli”nin baş məşqçisi Ruhid Usubovun verdiyi məlumata görə, aparılan intensiv texniki qulluq sayəsində qazon normal durumdadır.

Bölgə klubu indi Peşəkar Futbol Liqasının qərarını gözləyir. Qurumun nümayəndələri stadiona baxış keçirib müsbət rəy verməlidir. PFL “hə” desə, “İmişli” bundan sonrakı ev oyunlarını doğma şəhərdə keçirəcək.

Xatırladaq ki, “İmişli” bu il I Divizonda ev oyunlarını Saatlı Olimpiya İdman kompleksinin stadionunda keçirir.

337915791 213143537980980 9166102821329739804 n - Futbolinfo.az
337757921 167560089504303 921850138183949218 n - Futbolinfo.az
337775504 2520319901608877 6738462567304632918 n 1 - Futbolinfo.az
337323043 891332862154162 4683836685271165649 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp