“İnter” iki futbolçusu ilə yeni müqavilə bağlamaq üçün danışıqlara başlayıb. Milanlılar həm Alessandro Bastoni, həm də Hakan Çalhanoğlunu uzun müddət heyətində saxlamaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Bastoni ilə mövcud müqavilənin 2027-ci ilədək uzadılması planlaşdırılır. Milan  klubunun illik 4,5 milypn avro təklif etdiyi futbolçu daha çoxunu – 6 milyon tələb edir. Tərəflər ortaq məxrəcə gəlmək üçün yaxınlarda yenidən görüşəcəklər. 2024-cü ilin yayına kimi müqaviləsi olan 23 yaşlı futbolçunun “neradzurra”da qalmaq ehtimalı böyükdür.

Hakanla bağlı məsələ isə daha rahatdır. Türkiyə millisinin üzvü iş yerini dəyişməyə çalışmır. O da 2027-ci ilədək “İnter”də qalacaq. Razılaşma əldə edilib, sənədlər hazırlanıb, yalnız imzaların atılması qalır.

Yeni anlaşmaya görə 29 yaşlı yarımmüdafiəçinin illik maaşı 6 milyon avro olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp