Bukayo Saka tezliklə “Arsenal”la yeni müqavilə imzalayacaq. İngiltərə millisinin üzvü həftəyə 300 funt-sterlinq maaşa razılaşıb.

Futbolinfo.az “Daily Mail”ə istinadla xəbər verir ki, gənc vinger bu anlaşma ilə London klubunun ən çox qazanan futbolçusu olacaq. Oyunçunun müqaviləsinə çox yüksək sərbəstqalma maddəsi də salınacaq. Razılaşma var, rəsmi imzalar futbolçu millinin düşərgəsindən qayıtdıqdan sonra atılacaq.

21 yaşlı Nigeriya əsilli futbolçunun hazırkı müqaviləsi gələn mövsümün sonunda bitəcək. Yeni anlaşma isə 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Shares: