PSJ Markus Reşfordun transferi üçün əməli addım atmağa hazırlaşır. Fransa klubu İngiltərə millisinin üzvü üçün şəxsi müqavilənin detallarını dəqiqləşdirib.

Futbolinfo.az xəbər verir ki, hücumçu Parisə köçəcəyi təqdirdə həftəyə 455 min avro qazanacaq. Bu isə illik 22 milyon avro deməkdir.

Reşford dəvətdən məmnundur, lakin öncə “Mançester Yunayted”in təklifini də görmək istəyir. Belə ki, hazırda formasını geydiyi komanda da onunla bu yay bitəcək müqaviləni uzatmaqda maraqlıdır. Hətta ingilislər daha çox maaş təklif etməsə belə, Markusun Fransaya getməsi üçün PSJ-nin “Mançester Yunayted”ə pul ödəməsi lazımdır. Çünki “qırmızı şeytanlar”ın hücumçu ilə mövcud müqaviləni birtərəfli olaraq daha bir il uzaqtmaq ixtiyarı var.

Shares: