“Mançester Siti” İlkay Gündoğanın verəcəyi qərarı gözləyir. Klub rəhbərliyi Almaniya millisinin üzvü ilə anlaşmanı bir il müddətinə uzatmaqda maraqlıdır, amma bunun üçün yarımmüdafiəçinin də razılığı olmalıdır.

Futbolinfo.azxəbər verir ki, İlkay qərar verməyə tələsmir və mövsümün bitməsini gözləyir. O, azad agent kimi klubdan ayrılmağa daha meyllidir. “Barselona”nın maraqlanması Gündoğanı cəlb edir. Lakin İspaniya klubunun təklifi reallaşdıqdan sonra futbolçu seçimini qətiləşdirəcək.

Shares: