“Tottenhem”də daha bir istefa reallaşacaq. Klubun idman direktoru Fabio Paratiçi mövsüm bitən kimi London klubunu tərk etməyə qərar verib.
Futbolinfo.az xəbər verir ki, idman direktorunun vidalaşmasının səbəbi də klubun sahblərinin strategiyasını bəyənməməsidir. Transferlərə ciddi maliyyə ayırmayan rəhbərlik “Tottenhem”in böyüməsi üçün ciddi addımlar atmır. Belədə Paratiçi də tənqidlərə məruz qalır.
Xatırladaq ki, az öncə komandanın baş məşqçisi Antonio Konte rəhbərliyin kluba münasibətini tənqid etmiş, bunun nəticəsində istefaya göndərilmişdi.