Beynəlxalq İdman Araşdırmalar Mərkəzi ən çox vərəqə göstərilən futbol çempionatlarının adlarını açıqlayıb.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 77 turnirin yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 26-cı pillədə yer alıb.

2020-ci ilin yanvarından yüksək dəstədə hər matçda ortalama 5,08 vərəqə verilib. Bunların 4,81-i sarı, 0,27-si qırmızı olub. Ümumilikdə Azərbaycan çempionatında bu müddət ərzində 383 oyun keçirilib.

Ən çox vərəqə Boliviya (7, 01) çempionatında qeydə alınıb. Cənubi Amerika ölkəsində 800 matç keçirilib və orta hesabla 6,46 sarı, 0,55 qırmızı vərəqə göstərilib.

Bu göstəriciyə görə Ukrayna çempionatı 10-cu, Rusiya 11-ci, Türkiyə isə 34-cü sıradadır.

Shares: