Dortmund “Borussiya”sı Cud Bellingemi satmaq fikrindən daşınıb. “Real”, “Mançester Siti” və “Liverpul”un ciddi maraq göstərdiyi İngiltərə millisinin üzvü daha bir mövsüm Almaniyada qala bilər.
Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, dortmundlular bunun üçün yarımmüdafiəçinin maaşını 2,5 dəfə artırmağa razıdır. Klubun idman direktoru Sebastyan Kel yeni müqavilənin imzalanması üçün futbolçunun atası və digər nümayəndəsi ilə görüş planlaşdırıb.
2020-ci ildə “Birmingem”dən alınan yarımmüdafiəçinin “Borussiya” ilə 2025-ci ilə kimi müqaviləsi var. “Real” bu yay onun üçün 150 milyon avro ödəmək niyyətindədir. “Mançester Siti” və “Liverpul”un da maraq göstərdiyi 19 yaşlı oyunçunu saxlamağın çətin olacağını başa düşən dortmundlular yeni anlaşma sayəsində futbolçunun fikrini dəyişməyə çalışır. Belədə klub onu gələcəkdə daha baha qiymtə sata biləcək.