Britaniya futbol tarixinə ən gənc baş məşqçi kimi düşən Semmi Mould istefa verib. “Yaksli”yə təyin olunarkən cəmi 20 yaşı olan çalışdırıcı özü bu qərara gəlib.

Futbolinfo.az xəbər verir ki, Şimali İrlandiya təmsilçisində işə başlayarkən 20 yaşında olan gənc növbəti ad günün 3 ay işlədiyi bu klubda qeyd edib. Amma o, komandanın aşağı liqaya düşməsinin qarşısını ala bilməyincə istefa verib. Bununla belə, o, tarixə düşməyi bacarıb – rekord rekorddur.

“Yaksli” keçirdiyi 33 oyunda 1 qələbə, 2 heç-heçə ilə yadda qalıb. Ən yaxındakı rəqibindən 18 xal geri olan komanda 20 komanda arasında sonuncudur.

Shares: