Şotlandiya millisi AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunda İspaniyanı 2:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma “Mançester Yunayted”in futbolçusu Skott Maktominey üçün əlamətdar olub.
Görüşdə dubla imza atan 27 yaşlı yarımmüdafiəçi 1984-cü ildən sonra İspaniyaya qol vuran ilk şotlandiyalı oyunçu olub. Həmin vaxt bunu dünya çempionatının təsnifatında Mo Conston bacarıb.
Eyni zamanda, “qırmızı şeytanlar”ın formasını geyinən Maktominey 17 ildən sonra dünya və Avropa çempionatlarının seçmə mərhələsində İspaniya ilə matçda iki və ya daha çox qolla yadda qalan ilk futbolçudur.
2006-cı ildə Şimali İrlandiya yığmasında Devid Conatan Xili Pireney təmsilçisi ilə görüşdə het-trikə imza atmışdı.