Mateo Kovaçiç yayda “Çelsi”ni tərk etməyə qərar verib. “Milan” və “Mançester Siti”nin ardınca “Bayern” də xorvat futbolçinun müştəriləri sırasına qoşulub. Münhenlilərin yeni baş məşqçisi Tomas Tuhel bir müddət birgə işlədiyi yarımmüdafiəçini sərəncamında görməyinəleyhinə deyil.

Futbolinfo.az xəbər verir ki, futbolçunun “zadəganlar”la mövcud anlaşmasının bitməsinə 15 ay qalıb. Lakin “Çelsi” müqavilənin müddətinin artırılması üçün təklif irəli sürməyib. Bu üzdən Kovaçiç yeni iş yeri axtarmağa başlayıb.

Milli komandada isə Mateonun işləri qaydasında gedir. Dünən Avropa Çempionatının seçmə mərhələsinin Türkiyə ilə səfər oyununda dubl edən yarımmüdafiəçi xoşbəxtdir. Amma o, özündən daha çox komandanın kapitanı Luka Modriçə görə sevinir: “Kapitanımız oynu ilə gəncliyini xatırladır. Özümü ona xələf saymıram, Luka hələ uzun müddət yüksək səviyyədə oynayacaq. İndiki kimi davam etsə, həm Avropa Çempionatında, həm də növbəti mundialda birlikdə oynayacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp