Yulian Naqelsmannın “Bayern”dən ayrılmasının səbəbləri yavaş-yavaş üzə çıxır. Baş məşqçinin Sadio Maneylə münasibətləri qaydasında deyilmiş.
Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, seneqallaı oyunçunun davranışı Naqelsmannın geri addım atmasına səbəb olub. Bu isə oyunçuların ona olan hörmətini azaldıb.
Belə ki, Çempionlar Liqasında PSJ ilə cavab matçından sonra cəmi 8 dəqiqə meydanda olmuş Mane deyinib, məşqçinin gözü qarşısında söyüşlü ifadələr işlədib. Yulian isə bu mənzərəyə reaksiya verməyib, əvəzində “Auqsburq”a qarşı növbəti Bundesliqa matçında seneqallını start heyətində oynadıb. Futbolçular bu addımı məşqçinin qorxaqlığı kimi qəbul edib. Olaydan xəbər tutan rəhbərlik bu kimi olayların sıralanmasını məşqçiyə bağışlamayıb.
Maraqlıdır ki, Naqelsmannla problem yaşadığı deyilən başqa bir oyunçu məşqçinin qovulmasına təəccüblənib. Matis de Liqt bunları deyib: “Təəccübləndim. Bundesliqada 2-ci yerdəyik, Almaniya kubokunda və Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmışıq. Hər şeyi qazanmaq şansımız varkən məşqçinin göndərilməsini anlamadım”.