“Napoli” iki əsas ulduzundan birini itirəcək. Mövsüm bitən kimi Viktor Osimhenin İtaliyanı tərk edəcəyi demək olar, dəqiqləşib.

Futbolinfo.az xəbər verir ki, Nigeriya millisinin üzvü çoxdan oynamağı arzuladığı İngiltərə Premyer Liqasına yollanacaq. PSJ forvardla maraqlansa da, “Mançester unayted bir addım öndə görünür. “Qırmızı şeytanlar” neapolluları bu transferə razı salacağına inanır. İtaliya klubu 150 milyon avro tələb etsə də, yayda razılıq əldə ediləcəyi, qiymətdə güzəşt olunacağı ehtimalı var. Çünki Osimhen də keçiddə israrlıdır.

Əvəzində Xviça Kvaratsxeliya “Napoli”də qalacaq. Klub gürcü oyunçu ilə mövcud müqavilənin müddətini 2028-ci ilin yayınadək uzatmaq niyyətindədir. Tərəflər ilkin razılıq əldə edib. Xviça illik 4 milyon avro maaş + bonuslar qarşılığında Nepolda daha 5 il qalmağa razılıq verib.

Sərbəstqalma dəyəri 100 milyon avro olacaq Kvaratsxeliya yalnız “Real”dan təklif alacağı təqdirdə indiki komandasını tərk etmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp