Milli komandamızın baş məşqçisi Canni De Byazi ilə bağlı yekun qərar verilməyib. Hazırda AFFA rəhbərliyində yekdil fikir yoxdur.

Futbolinfo.az xəbər verir ki, italiyalının qovulmasını istəyənlər də var, ona iyun matçlarına kimi vaxt verməyin doğru olduğunu düşünənlər də. Müzakirələr davam edir, hamının fikri öyrənilir.

Təsadüfi deyil, sabah Məşqçilər Komitəsi də bir araya gələcək. De Byazinin məğlubiyyətlərə rəğmən, əla oynadıqlarını dilə gətirməsi ciddi narazılığa səbəb olub. Məşqçinin dediklərinə aydınlıq gətirməsi istəniləcək, eyni zamanda qarşıdakı oyunlar üçün düşüncələri dinləniləcək.

Amma təbii ki, Canninin taleyi haqda qərarı rəhbərlik verəcək. Sözügedən komitənin rəyi heç vaxt ciddi qəbul olunmayıb, milli komandanın baş məşqçi postu ilə bağlı qərarlar ən yüksək səviyyədə verilir. Necə olacağını həftə sonuna kimi görəcəyik.

Shares: