Niklas Fülkkruq rekorda imza atıb. O, Almaniya millisində bu il keçirdiyi 6 matçda 6 qol vurmaqla hamını qabaqlayıb. Bu, Bundestimin 21-ci əsrdəki rekordudur.

Futbolinfo.az xəbər verir ki, hücumçu çıxış etdiyi “Verder”də də əla təsir bağışlayır. O, cari mövsümdə Bundesliqada 24 oyuna çıxıb və 15 qol vurub. Niklasın hesabında 5 məhsuldar ötürmə də var.

30 yaşlı hücumçu 2019-cu ildə “Hannover”dən Bremen klubuna keçib. O, bu möövsüm karyerasının zirvəsindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp