Hunq Min Son özünü günahkar sayır. O, Antonio Kontenin istefasına görə məyus olub.

Futbolinfo.az xəbər verir ki, cənubi koreyalı vinger “Sky sport”a açıqlamasında bunları deyib: “Daha yaxşı oynamalı idim. “Tottenhem”in nəticələri daha yaxşı deyilsə, bunda mənim də günahım var. Xüsusilə baş məşqçi Kontenin gedişində özümü günahkar sayıram, komandaya lazımi qədər yardımçı ola bilmədim”.

Futbolçu italiyalı çalışdırıcını hər zaman dəstəkləyəcəyini deyib: “O, çox əla məşqçi idi. Təcrübəli və bacarıqlı idi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp