“Çelsi”nin hücumçusu Kay Havertsin maraqlı ləqəbi var. Bu barədə oyunçu özü müsahibəsində deyib.
Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü bu ləqəbi qəribə sevgisinə görə qazanıb: “Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyə səslənir. Bu, futbolumla bağlı deyil, daha dərindir. İlk gündən bəri eşşəklərlə xüsusi bağ hiss etmişəm. Çox sakit heyvanlardır, bəlkə də mən də onlar kimi sakitəm”.