“Liverpul”un müdafiəçisi Co Qomes “Nyukasl”a keçə bilər. “Sağsağanlar” 8 ildir mersisaydlıların düşərgəsində olan 25 yaşlı futbolçu ilə maraqlanır.

Futbolinfo.az xəbər verir ki, Qambiya əsilli oyunçunun “Liverpul”la 2027-ci ilin yayına kimi müqaviləsi var. Baş məşqçi Yürgen Klopp bu futbolçuya çox güvənir və onun satılmasının əleyhinədir. Bununla belə, “Nyukasl” Qomesin transferi üçün yayda rəsmi təklif göndərəcək.

“Liverpul” yalnız daha yaxşı birini tapacağı və Qomesə görə 30 milyon avrodan çox məbləğ təklif olunacağı halda bu transfer reallaşa bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp