Martın 31-də Türkiyənin Antalya şəhərində start götürəcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Aprelin 2-dək davam edəcək turnirdə 9 çəki dərəcəsində 4 qadın və 12 kişi idmançı qüvvəsini sınayacaq.

Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq), kişilərin yarışında isə Kəramət Hüseynov, Nazir Talıbov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatami üzərinə çıxacaq.

Turnirdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Shares: