İspaniya millisindən ayrılandan bəri işsiz olan Luis Enrike yeni təklif gözləyir. Braziliya millisi və “Tottenhem”lə adı yanaşı hallanan çalışdırıcı ən uyğun varianta razılıq verəcək.

Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis təkliflərinin olduğunu deyir: “Milli komandalardan təklif aldım. İndi ad çəkməyim doğru olmaz, amma hamısını dəyərləndirməyə açığam. Yetər ki, uğurlu iş görəcəyimizə məni inandırsınlar”.

Enrike daha çox klubda baş məşqçi işləmək istəyir: “İngiltərə Premyer Liqasında bir təcrübə yaşamaq istərəm. Amma mən sadəcə, maraqlı layihədə olmaq niyyətindəyəm. Həyəcanlı, maraqlı, çox işləməyin tələb olunduğu bir yerdə. Böyük, önəmli nəsə edə biləcəyim komanda arzulayıram”.

Shares: