Marselo Byelsa futbola qayıdır. Onun tezliklə Uruqvay millisinə baş məşqçi təyin olunacağı gözlənilir.

Futbolinfo.az xbər verir ki, tərəflər arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Demək olar, razılıq əldə olunub. Yalnız son detalları razılaşdırmaq qalıb. Byelsanın növbəti Dünya Çempionatının sonunadək nəzərdə tutulan müqavilə bağlayacağı gözlənilir.

67 yaşlı argentinalının son iş yeri “Lids” olub. 2022-ci ilin fevralında İngiltərə klubundan ayrılandan bəri işsiz olan mütəxəssis daha öncə bir sıra klubları çalışdırıb. O, daha öncə Argentina və Çili millilərində də uzun müddət işləyib.

Uzun illər Oskar Tabaresin rəhbərlik etdiyi Uruqvay millisini son mundiala Dieqo Alonso aparmışdı. Uğursuz çıxışdan sonra istefa verən mütəxəssisi müvəqqəti olaraq U-20 millisinin baş məşqçisi Marselo Broli əvəz edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp