İsko bütün səylərinə baxmayaraq, qışda yeni klub tapa bilmədi. Yanvarda “Union Berlin”lə anlaşan futbolçu tibbi müayinədən keçə bilmədiyi üçün kənarda qaldı. Elə bu fakt digər klubların da ona marağını azaltdı.

Futbolinfo.az xəbər verir ki, ispan yarımmüdafiəçi indi fərdi hazırlıq keçir. Bir fitness müəllimi ilə müqavilə bağlayan 30 yaşlı ulduz formada qalmağa səy göstərir. Yayda onun yenidən klub axtaracağı şübhə doğurmur.

“Valensiya”da yetişən, “Malaqa”da parlayan, 9 il “Real”da forma geyən İsko ötən yay azad agent kimi “Sevilya”ya qoşulmuşdu. Amma o, rəhbərliklə yaşadığı problemlər üzündən qışda klubla müqaviləsini qarşılıqlı razılıq əsasında pozdu. Və ovaxtdan işsizdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp