“Milan”, “Vilyarreal” və “Kolo-Kolo”nun keçmiş futbolçusu Matias Fernandes karyerasını bitirib.
Futbolinfo.az xəbər verir ki, Buenos-Ayresdə anadan olan 36 yaşlı çilili futboldan getdiyini açıqlayıb.
Matias 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. Uzun müddət milli komandaya dəvət alıb və 73 oyun keçirib, 14 qola imza atıb.
Yarımmüdafiəçi 2021-ci ildən Çilinin “Deportes La Serena” komandasında çıxış edirdi.