Markus Reşford “Mançester Yunayted”də qalmaq üçün klubdan fantastik maaş tələb etməsi barədə yazılanları təkzib edib. O, mövcud müqavilənin müddətinin artırılması üçün danışıqların getdiyini, amma hansısa ciddi fikir ayrılığının olmadığını bildirib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin hücumçusu mətbuatda yazılanları cəfəngiyyat sayır: “Nümayəndələrim və mən klubdan nələrisə tələb etməmişik. Ortalıqda dolaşan söz-söhbətlər doğru deyil. Mənim hədəfim klubumun hədəfi ilə eynidir – mövsümü mümkün qədər üst sıralarda bitirmək istəyirik. İki kubok qazanmaq şansımız var və sonadək mübarizə aparacağıq. Müqavilə məsələlərinə mövsüm bitdikdən sonra qayıtmaq olar”.

Xatırladaq ki, Reşfordun “Mançester Yunayted”lə müqaviləsi yayda başa çatır. Lakin klub istəyəcəyi halda anlaşma daha birillik uzadıla bilər. Klub isə bununla kifayətlənmək istəmir və müqavilənin müddətini 4 il uzatmaq istəyir, buun üçün danışıqlar aparır. Bu məsələdə yeganə maneə PSJ-nin hücumçuya yüksək maaşla uzunmüddətli müqavilə təklif etməsidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp