“Ayntraxt” Randal Kolo Muanini satmaq istəmir. Frankfurtlular Fransa yığmasının hücumçusunu azı daha bir mövsüm heyətində saxlamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Markus Kreşe məlumat verib: “Bu dəqiqə Kolo Muanini satmaq niyyətimiz yoxdur. Onun haqqında həddindən artıq çox söz-söhbət var. İstedadlıdır, bacarıqlıdır və maraq göstərilməsi normaldır. Lakin bizim də hədəflərimiz var”.

Klub nümayəndəsi “Sport1″ə aşıqlamasında bunarı əlavə edib: “Onun daha bir mövsüm bizimlə qalmasını istəyirik. Bu, onun üçün də yaxşı olacaq. Randalı satmaq məcburiyyətində deyilik”.

Ötən yay “Nant”dan “Ayntraxt”a keçən Kolo Muani frankfurtlularla 5 illik müqavilə bağlamışdı. Bu səbəbdən transferlə bağlı son söz klubundur. Hücumçunun transferində israrlı olan “Mançester Yunayted” almanları razı salmaq üçün çox çalışmalı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp