“Liverpul”un daha bir hədəfi bəlli olub. İngiltərə klubu Evan Ndikanı heyətinə qatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yürgen Klopp bu futbolçunun transferində israr edir. Ndikanın yayda azad agent olacağı da klub üçün sərfəlidir. Amma futbolçunun şəxsi müqaviləsinin razılaşdırılması asan olmayacaq. Çünki “Arsenal”la “Tottenhem” də eyni hədəfə köklənib.

23 yaşlı mərkəz yarımmüdafiəçisi 2018-ci ildə “Oser”dən “Ayntraxt”a keçib. Kamerun əsilli fransalının müqaviləsi mövsümün sonunda başa çatacaq və o, frankfurtlularla müqavilə müddətini uzatmayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp