“Neftçi”nin müdafiəçisi Voislav Stankoviçin futbolinfo.az saytına müsahibəsi

– Milli komandalara görə yaranan fasilədən necə yararlandız?

– Bu fasilədə biz öncə yaxşı istirahət etdik. Sonra yaxşı məşqlər keçdik ki, mövsünün sonuna iki ay qalmış yaxşı səviyyədə çıxış edək. Fasiləyə qədər oynadığımız kimi oynamaq istəyirik.

– Uğurlu seriyanı davam etdirmək üçün nə lazımdır?

– Ümid edirəm ki, uğurlu seriyanı davam etdirə biləcəyik. Hazırda kokmanda yaxşı formadadır. Sadəcə, milli komandaya yollanan futbolçularımız var idi. Bəzən belə fasilələrdən sonra çətinlikliklər, çətin oyunlar olur. Ümidvaram ki, bizdə belə anlar olmayacaq.

– Artıq çempionatda həlledici mərhələ başlayır…

– Bəli, hazırda həlledici fazaya daxil oluruq. Sezonun sonuna iki ay qalıb. Çalışacağıq ki, çempionatda yaxşı oyunlar oynayıb, yaxşı nəticələt qazanaq.

– Sizin üçün kubok qazanmaq şansı da var…

– Bizi kubokda da matçlar gözləyir. Yarımfinala hazır olmalıyıq. Necə alınacağını görəcəyik. Ümidvaram ki, orada da alınacaq. Mövsümü ən yüksək səviyyədə başa vurmaq üçün gücümüz var. Nəyin necə olacağını isə zaman göstərəcək.

– Azərbaycan millisinin oyunlarını izlədiniz?

– Azərbaycan millisinin nəticələrindən xəbərim var. Düzü, oyunlarını tam izləyə bilmədim. Çünki həmin vaxtı mənim ölkəm Serbiya da oyunlarını keçirirdi. Ona görə Azərbaycan millisinin oyunlarına başdan sona qədər izləyə bilmədim. Təbii ki, Azərbaycan millisinin iki oyunu bu cür böyük hesabla uduzması üzücüdür. Ümid edirəm ki, gələcək matçlarda Azərbaycan millisi daha yaxşı oynayacaq. Çünki bu komanda daha yaxşı nəticələrə layiqdir. Ümidvaram ki, onlarda nəsə dəyişəcək və normal nəticələr olacaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp