“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev haqqında gəzən transfer xəbərlərinə münasibət bildirib. Futbolinfo.az-a açıqlama verən gənc müdafiəçi bunları deyib:

“Bəli, bu xəbərləri görürəm və normal hesab edirəm. Amma transfer məsələləri ilə sırf menecerim maraqlanır. Real təklif olub-olmadığını bilmirəm. O haqda heç bir məlumatım yoxdur. Heç menecerimlə bu barədə söhbət də etməmişik. Hələ ki, məşqlərə və oyunlara köklənmişəm. Mövsümün sonunda hansı klubun real təklif göndərdiyi bəlli olar”.

Qeyd edək ki, bir neçə gün öncə Belçika mətbuatında bu ölkənin “Anderlext” klubunun Cəfərquliyevi heyətinə qatmaq istədiyi barədə xəbərlər dərc edilmişdi. Elvin ilin əvvəlində “Qarabağ”la müqaviləsinin müddətini uzadıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp